Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Rəsul Cəfərov buraxılmadı


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Hüquq müdafiəçisi Rəsul Cəfərovun kassasiya şikayəti təmin olunmayıb.

Vəkili Fariz Namazlı ona qarşı ittihamların əsassız və saxta olduğunu bildirdi, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istədi.

«Bakı Ağır Cinayətlər Məhkəməsi və Apellyasiya Məhkəməsi bu işi məndən daha çox siyasiləşdirdi. Mən məsələyə sırf hüquqi yanaşmağa çalışdım», - Rəsul Cəfərov məhkəmədə deyib.

Rəsul Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib.

Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

XS
SM
MD
LG