Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Rusiya Ukrayna yük maşınlarını saxlayıb


Ukraynada Rusiya maşınlarının qarşısı kəsilir, 13 fevral, 2016-cı il

Ukraynada Rusiya maşınlarının qarşısı kəsilir, 13 fevral, 2016-cı il

-

Rusiya ərazisində Ukraynanın 197 yük maşınının hərəkəti dayandırılıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Qurum Ukraynada tranzit yük maşınlarının saxlanması barədə rəsmi təsdiq almadığını bildirir.

Belə ki, fevralın 15-də Ukrayna rus yük maşınlarının tranzitini dayandırıb. Kiyev bununla Rusiyanın analoji addımına cavab verdiyini, Moskvanın Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozduğunu bildirib. Rusiya fevralın 14-də Ukraynada qeydiyyatdan keçmiş yük maşınlarının ölkə ərazisində hərəkətinə qadağa qoymuş, bunu “Avromaydan” hərəkatı fəallarının rus yük maşınlarının Ukrayna ərazisində hərəkətin əngəlləməsilə izah etmişdi.

Kreml “durumu diqqətlə izlədiyini” bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG