Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:22

Krımda Məclisi bağlamaq istəyirlər


Məclisin bağlanması üçün müraciət, 15 fevral, 2016-cı il

Məclisin bağlanması üçün müraciət, 15 fevral, 2016-cı il

-

Ukraynanın Krım vilayətinin prokuroru Krım tatarlarının özünüidarəetmə orqanı olan Məclisin bağlanmasını təklif edir.

Kremlin dəstəklədiyi Natalya Poklonskaya vilayət ali məhkəməsinə belə bir müraciət edib. Fevralın 15-də göndərdiyi müraciətdə Məclisi “ekstremist təşkilat” adlandırıb.

Krım tatarlarının məclisi 1991-ci ildə yaradılıb, Ukrayna hökuməti tərəfindən 1999-cu ildə hüquqi status alıb.

Məclis Krım tatarlarının problemlərinin Kiyevə, beynəlxalq qurumlara çatdıran orqan kimi tanınıb.

Krım tatarlarının əksəriyyəti Rusiyanın 2014-cü ildə Krımı anneksiya etməsinə qarşı çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG