Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:13

Gülrux Əlibəyli vəfat edib


Gülrux Əlibəyli
Gülrux Əlibəyli

-

Bir müddət əvvəl 88 yaşını qeyd etmiş yazıçı, publisist Gülrux Əlibəyli vəfat edib. O, Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Müdafiə etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlayıb.

Gülrux Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. O, nazirlikdə işlədiyi dövrdə yaradıcılıq sahəsində çalışanların maaşlarının artırılmasına nail olub.

Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “Cırpınan Dünyamız”, “Dəyiş Dünyamız”, “ Dağılan Dünyamız” və s. adlı kitabların müəllifidir.

Ömrünün sonlarında Gülrux Əlibəylinin APA-ya müsahibəsindən seçmələr:

"Səhhət belədir də, oğlum, mən hələ bilmirəm ki, bu qədər yaşım var. Bu illər nə tez gəlib keçdi. İstəyirəm, yaşım az olsun, yenə yazım, kitablarım çap olunsun."

"Mən yaxşı yaşamışam, nə istəmişəm, eləmişəm, nə istəmişəm, yazmışam. 20 kitabın, 500 essenin müəllifiyəm. 80-ci illərdən etibarən idmanla məşğul olmağa başladım. Evdə qaçırdım, soyuq su ilə müalicə alırdım."

"Məni narahat edən bütün məsələlər haqqında mövqeyimi həmişə bildirmişəm. Qəzetlərdə məqalələr yazmışam, çıxışlarımda, müsahibələrimdə haqq bildiyim sözü həmişə demişəm. Ona görə də bəzi adamların məndən xoşu gəlmir, incidilmişəm, məni kənarda saxlamağa çalışıblar."

"Nazirlik mənim yerim deyildi. Xəbərçilikdən, intriqalardan yorulmuşdum. Qara Qarayevlə Niyazi arasında konflikt var idi, Qarayevi incidirdilər. Daha doğrusu, Niyazi və onun ətrafında olan adamlar, məsələn, Arif Məlikov Qara Qarayevi incidirdi..."

"Gənc Tamaşaçılar Teatrında çalışan aktyorların əmək haqlarının artırılmasına səbəbkar olmuşam. Katibin yanında birbaşa dedim ki, 40 manata teatrda işləmək olmaz, onların maaşları qalxmalıdır. Özüm üçün heç nə eləmədim, təsəvvür edin, müavin idim, amma nəmişlik evdə yaşayırdım."

"Marsel Prustun "İtirilmiş zamanın sorağında" romanını ləzzətlə, sevə-sevə oxumuşam. Tomas Mannı, Dostoyevskini sevirəm."

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG