Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33

Əfqanıstan lideriləri Talibanı 15 illik müharibəni dayandırmağa və sülh danışıqlarına çağırıb.

Prezident Ashraf Ghani və ali icraçı Abdullah Abdullah belə bir bəyanatla fevralın 15-də Kabildə keçmiş Sovet ordusunun 1989-cu ildə Əfqanıstandan çıxarılmasına həsr edilmiş tədbirdə çıxış ediblər.

Bəyanatda deyilir ki, bizimlə qardaş kimi yaşamaq istəyən istənilən müxalifət qrupunu yalnız alqışlamaq olar.

Abdullah bildirib ki, əgər sizin hər hansı bir ideya, arzu və fikriniz varsa, ən yaxşısı danışıqlar masasına oturmaqdır.

Qeyd edək ki, son aylar Kabil və qonşu Pakistanda hökumətlə Taliban arasında sülh danışıqlarına başlanması ilə bağlı bir sıra görüşlər keçirilib.

Amma danışıqlar hələ ki, nəticə verməyib.

Danışıqlar ABŞ, Çin, Əfqanıstan və Pakistan rəsmilərinin iştirakı ilə keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG