Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:51

-

Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı ölkəyə gələcək şəxslər üçün vizaların sadələşdirilməsi haqda sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycana gələnlər AFFA-nın dəvət məktubunu, akkreditasiya sənədini , 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədi təqdim etməklə hava limanlarında viza ala biləcəklər.

Sərəncamda maliyyə və xarici işlər nazirliklərinə, eləcə də Dövlət Miqrasiya Xidmətinə viza prosedurunun sadələşdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, bu ilin yayında Azərbaycanda 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa çempionatı keçiriləcək.

Bundan əvvəl 2012-ci ildə də Azərbaycan 17 yaşlı qızlar arasında dünya çempionatına ev sahibliyi etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG