Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Avropa Birliyi Belarusa qarşı sanksiyaların əksəriyyətini qaldırmaq qərarına gəlib.

Qərar fevralın 15-də xarici işlər nazirlərinin Brüssel görüşündə əldə olunub.

Söhbət prezident Lukashenka da daxil olmaqla Belarus rəsmilərinə qarşı viza qadağası və bank hesablarının dondurulmasından gedir.

Amma Belarusa qarşı silah embarqosu qüvvədə qalır.

Bu, son vaxtlar Avropa Birliyi ilə Minsk arasında münasibətlərin istiləşməsi fonunda baş verir.

Belarus rəhbərliyi ötən il siyasi məhbusların azad edilməsi və Ukrayna münaqişəsinin həllində roluna görə Qərbin rəğbətini qazanıb.

Moskvanın yaxın müttəfiqi olan prezident Aleksandr Lukashenka son vaxtlar eyni vaxtda Qərblə yaxın əməkdaşlığa can atır.

Qeyd edək ki, Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya birliyinin üzvüdür

Günün bütün mövzuları

XS
SM
MD
LG