Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

Beynəlxalq Sərhədsiz Həkimlər Təşkilatı Suriyanın şimalındakı Maaret al-Numan şəhərində xəstəxananın hava zərbəsi nəticəsində dağıldığını xəbər verir.

Təşkilatın fevralın 15-də yaydığı bəyanatda bunun qəsdən edildiyi bildirilir, amma zərbənin hansı tərəfdən vurlması barədə məlumat verilmir.

Təşkilatın adı çəkilməyən rəsmisi Associated-Press agentliyinə azı 1 xəstənin öldüyünü, 9 əməkdaşın isə itkin düşdüyünü deyib.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi isə bu hücum nəticəsində 1 uşaq da daxil olmaqla 9 nəfərin öldüyünü xəbər verir.

Mərkəzin məlumatına görə xəstəxananı fevralın 15-də Rusiyya təyyarələri vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG