Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:41

-

Ədliyyə naziri Fikrət Məmmədov fevralın 15-də nazirlikdə keçirilən kollegiya iclasında bildirib ki, ötən il məhkəmə işlərinin icrasının sayı 50 faizdən çox artıb.

220 mindən çox qərarın icrası təmin edilib. Hüquqi və fiziki şəxslərin 168 milyon manat vəsaiti büdcəyə ödənib. İcra sənədlərini icra etməyən 5.520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. 2.750 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub. 370 nəfərin isə məhkəmə qərarlarının icrasından qəsdən yayındığı üçün barələrində cinayət işi başlanılıb.

2015-ci ildə 6.238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG