Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

-

Dövlət Statistika Komitəsi qeyri-neft məhsullarının ixracının əvvəlki illə müqayisədə artdığını deyir.

2015-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki illə müqayisədə 2,7 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ixrac edilən qeyri-neft məhsullar 1 581 milyon dollar təşkil edib.

Məlumatda bildirilir ki, ötən il Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. İxrac 111, idxal isə 147 ölkə ilə aparılıb. Ticarət dövriyyəsində əsas yeri 48 faizlə Avropa İttifaqı ölkələri tutur.

Xarici ticarət dövriyyəsinin həcmi 25 781 milyon dollar təşkil edib. İxracın həcmi 16 559, idxalınkı isə 9 221 milyon dollar olub.

Azərbaycandan ixrac edilən məhsullar sırasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər ön yerləri tutur. İdxal olunan məhsulların həcmində isə əsas yeri maşın, mexanizm, elektrik aparatları, avadanlıq, qara metallar, nəqliyyat vasitələri və hissələri, ərzaq məhsulları tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG