Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

-

“Azərbaycan ərazisindən keçən Transxəzər nəqliyyat dəhlizi Mərkəzi Asiya ölkələrinə yükdaşımalar zamanı problemlər yaranarsa, alternativ deyil, üstün vasitə olmalıdır”.

Trendin xəbərinə görə, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, Türkiyə Xəzər üzərindən göndərilən yüklərin həcmini ildə 4 mindən 20 min fura qədər artırmağı planlaşdırır: "Əgər bu marşrut öz səmərəliliyini sübut edərsə, 2016-cı ildə Xəzər üzərindən daşınan yük furlarının sayının 10 minə qədər, 2017-ci ildə 15 minə, 2018-ci ildə isə 20 minə qədər artırılması gözlənilir".

Nazir hesab edir ki, bu məqsədlə Bakı və Aktau arasında mütəmadi bərə əlaqəsi ilə kifayətlənmək olmaz. Bakı və Türkmənbaşı limanları arasında da bərə reysləri təşkil etmək lazımdır.

O bildirib ki, Türkiyədən yüklər Mərkəzi Asiyaya çərşənbə axşamı və cümə günləri həyata keçirilən Bakı-Aktau marşrutu üzrə bərə reyslərinin köməyi ilə nəql ediləcək: "Bundan başqa, Aktaudan Bakıya bərə reysləri çərşənbə və şənbə günləri həyata keçiriləcək".

Nazir qeyd edib ki, Azərbaycan ərazisi üzərindən Türkiyədən yükdaşımaların həcminin artması bu marşruta marağı daha da artıracaq: "Bizim son məqsədimiz odur ki, yüklər Xəzər üzərindən daha sadələşdirilmiş formada nəql edilsin. Son vaxtlar Türkiyənin Rusiya və İran ərazisindən Orta Asiya ölkələrinə yük daşımaları zamanı rastlaşılanproblemlər bu mövzunu aktuallaşdırıb".

Günün bütün mövzuları

XS
SM
MD
LG