Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:37

Türkiyənin baş naziri Ahmet Davutoglu bildirib ki, onun ölkəsi Suriyanın Azaz şəhərinin kürd döyüşçüləri tərəfindən işğal edilməsinə imkan verməyəcək.

Ahmet Davutoglu bunu fevralın 15-də Ukraynaya rəsmi səfər edərkən təyyarənin göyərtəsində deyib.

Qeyd edək ki, Türkiyə Suriya kürdlərinin “Demokratik Birlik Partiyası” və onun hərbi qanadını PKK-nın yerli şöbəsi hesab edir.

Davutoglu bildirib ki, əgər Türkiyənin artilleriya zərbələri olmasaydı kürd döyüşçüləri Azaz və Təl Rifaat şəhərlərini ələ keçirmişdi.

Rusiyanın xarici işlər nazirliyi isə bu arada Türkiyənin Suriyanın sərhəd bölgələrini atəşə tutmasını açıq şəkildə terrorçuluğa dəstək və BMT təhlükəsizlik Şurası qətnaməsinin pozulması adlandırıb.

Nazirlik bildirib ki, Ankara muzdlular və “İslam Dövləti” yaraqlılarının Suriyadan çıxmasına kömək edir.

Türkiyə hərbçilərinin məlumatına görə, fevralın 15-də Suriyanın Latakiyə şəhərindən sərhədi keçmək istəyən qrupla baş verən toqquşmada 1 türk əsgəri ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG