Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

-

«Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağa aid olan məsələləri regional və beynəlxalq təşkilatlarda qaldıra biləcək suveren hüququna hörmətlə yanaşır».

Bu fikri Dövlət Departamentindən «Turan»ın sualına cavab olaraq bildiriblər.

Yada salaq ki, Azərbaycanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland-ın AŞPA-da Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamənin qəbul edilməməsi üçün təzyiq göstərdiyi barədə fikirlər səslənmişdi.

Dövlət Departamenti daha sonra bildirir: «Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG