Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

Anar Mustafayevin həbs müddəti uzadılıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin keçmiş baş mühasibi Anar Mustafayevin həbs müddəti uzadılıb.

APA-nın xəbərinə görə, Binəqədi rayon Məhkəməsi həbs müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən ittiham olunur və buna qədər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

A.Mustafayev keçən il oktyabrında həbs edilib.

Yada salaq ki, oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra bir sıra həbslər baş vermişdi.

Ölkə prokurorluğunun açıqlamasına görə, hazırda bu məsələ ilə bağlı müxtəlif nazirliklərdən 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

XS
SM
MD
LG