Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Nazirlikdə Apellyasiya Şurası yaradıldı


Traktor
Traktor

-

Kənd Təsərrüfatı Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Xəbəri «Trend» yayıb.

Apellyasiya Şurasına kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sədr təyin edilib. Altı nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.

Yada salaq ki, dövlət başçısı İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması haqda fevralın 3-də fərman imzalayıb. Bu şuraların məqsədi sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılmasında şəffaflığın təmin edilməsidir. Habelə bu şuralar sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılır. Bu qurum indiyə kimi 6 nazirlikdə təsis edilib.

XS
SM
MD
LG