Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:32

Bahar martın 20-si səhər gələcək


Günəş
Günəş

-

Bu il Azərbaycana bahar martın 20-si Bakı vaxtı ilə saat 08:30 radələrində gələcək. «Report» xəbəri AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılova isnadən yayıb.

Xıdır Mikayılov deyib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək:

«Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada «yaz bərabərliyi nöqtəsi» deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüzün bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır».

Qeyd edək ki, fevralın 23-ü ilk çərşənbədir. Dörd çərşənbənin sonuncusu isəmartın 15-nə təsadüf edəcək.

XS
SM
MD
LG