Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47

Senatorlardan Polşaya çağırış


Beata Szydlo (sağda) və Britaniya Baş naziri David Cameron

Beata Szydlo (sağda) və Britaniya Baş naziri David Cameron

-

Polşa demokratiya, insan haqları və hüququn aliliyi öhdəliklərinə bir daha əməl etməlidir. Üç ABŞ senatorunun Polşa Baş nazirinə məktubunda belə deyilir.

Senatorlar media və konstitusiya məhkəməsinə dair yeni qanunları nəzərdə tutublar. Polşanın konservativ baxışlı hakim Qanun və Ədalət (PiS) partiyası Konstitusiya məhkəməsinə təyinatlar edib və məhkəmənin səsvermə sistemini dəyişib. Bununla da məhkəmənin qanunvericiliyə senzura tətbiqetmə qabiliyyətini məhdudlaşdırıb.

Daha bir qanun isə hökumətə ictimai media rəhbərlərini birbaşa təyin etmək hüququ verir.

ABŞ Senatorları Ben Cardin, John McCain və Richard J. Durbin Polşa Baş naziri Beata Szydlo-ya fevralın 10-da göndərdikləri məktubda bundan narahatlıq bildiriblər.

Szydlo cavabında keçmiş hökuməti Konstitusiya Məhkəməsindəki duruma görə ittiham edib, bildirib ki, yeni media qanunu Avropa standartlarını pozmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG