Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:05

İşıq dirəklərinin alt qapaqları oğurlanır


Polis
Polis

-

Bakının mərkəzi küçələrində işıq dirəklərinin alt qapaqları oğurlanır. Üstəlik, oğruların kimlikləri hələ ki, bilinmir.

musavat.com xəbər verir ki, artıq son bir neçə gün ərzində Bakı şəhərində işıq dirəklərinin 30-dan çoxunun alt qapaqları oğurlanıb. Oğurluq hadisələri əsasən Nəsimi rayonunda H.Əliyev, H.Ələsgərova və C.Məmmədquluzadə küçələrində qeydə alınıb. Bundan başqa, Yasamal rayonunun Mətbuat, Tbilisi prospektlərində, A.Şərifzadə və N.Hikmət küçələrində də eyni oğurluq baş verib. Qapaqları dəmir və metal əşyalar yığan şəxslərin oğurladığı ehtimal olunur.

«Bakı Şəhər İşıq» oğurluq halları ilə bağlı polisə müraciət edib.

Son zamanlar metal oğruları paytaxt küçələrində kanalizasiya quyularının qapaqlarına, yol kənarındakı yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqlarına da qənim kəsiliblər.

Bir müddət əvvəl isə müvafiq qurumlar bu barədə Daxili İşlə Nazirliyinə müraciət etmişdi. DİN əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı rabitə-kommunikasiya xidmətlərinə məxsus 70-dən çox quyuların qapaqlarını oğurlayan şəxslər saxlanmışdı.

XS
SM
MD
LG