Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:37

-

Fevralın 15-də Avropa Birliyinin xarici işlər nazirlərinin Brüssel görüşündə Belarusa sanksiyaların çoxunu qaldıracağı gözlənir. Bircə silah embarqosu saxlana bilər.

Oktyabrda bəzi tədbirlər yumşaldılmışdı. Hələ 2004-cü ildən tətbiq olunan bəzi sanksiyalar adamların yoxa çıxması, siyasi təqib və demokratik çatışmazlıqlara görə Minski cəzalandırmaq məqsədi daşıyırdı.

Belarus Prezidenti Alyaksandar Lukashenka avqustda siyasi məhbusları buraxmaqla Qərbin dəstəyini qazanıb. Minsk Ukraynanın şərqində döyüşlərin dayandırılması üzrə beynəlxalq danışıqlarda da rol oynayıb.

Ancaq tənqidçilərin fikrincə, Minskin demokratik islahatlar həyata keçirməsi üçün Qərb Belarusa təzyiqi davam etdirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG