Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:10

-

Rusiya antidopinq agentliyinin (RUSADA) keçmiş icraçı direktoru Nikita Kamayev vəzifəsindən istefa verəndən 2 ay sonra dünyasını dəyişib.

TASS fevralın 14-də agentliyin keçmiş baş direktoru Ramil Khabriev-ə əsasən yazıb ki, Kamayevin ölümünə “güman ki” infarkt səbəb olub.

“Genişlənmiş infarkta bənzəyir. Xizək mövsümündən sonra ürəkağrısından şikayətlənirdi. Heç vaxt ürəyindən şikayəti olmamışdı, azından, mənə heç vaxt bu barədə danışmamışdı. Ola bilsin, arvadı bu barədə nəsə bilib”.

Ötən noyabrda Rusiya beynəlxalq atletika yarışlarından uzaqlaşdırılıb. Belə ki, ümumdünya Antidopinq Agentliyinin xüsusi komissiyası dövlət səviyyəsində aldatma və korrupsiya halları aşkarlayıb.

Kamayev və Khabriev, eləcə də RUSADA-nın rəhbər vəzifəliləri istefa veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG