Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

-

Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında atışma qızışır, humanitar durum “ağırdır”. ATƏT-in Baş katibi Lamberto Zannier Azad Avropa/AzadlıqRadiosuna müsahibəsində belə deyib. O, fevralın 14-də Münhendə təhlükəsizlik konfransı çərçivəsində Radioya müsahibə verib.

Baş katibin sözlərinə görə, tərəflər ağır silahları yenidən cəbhə xəttinə yaxınlaşdırıb, separatçılar isə “hərbi fəaliyyət”i davam etdirirlər.

“Atəşkəs istədiyimiz kimi getmir”, Zanier deyib.

Rusiya Münhendə Ukrayna və Qərbə qarşı sərt ittihamlarla çıxış edib.

2014-cü ilin aprelindən başlanan münaqişədə 9 mindən çox insan həlak olub.

Zannier deyib ki, münaqişə hələ də aktiv fazadadır və bu baxımdan narahatlıq qalır.

XS
SM
MD
LG