Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:01

-

Ötən ilin sonuncu rübündə ölkədə yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz ucuzlaşıb. Yol və körpü tikintisi üzrə qiymətlərdə isə 0,6 faiz bahalaşma qeydə alınıb. “AzərTAC” xəbəri Dövlət Statistika Komitəsinə isnadən yayıb.

Xəbərə görə, ümumilikdə, tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz ucuzlaşıb.

Bundan əlavə, rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb. İstehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər də 3,1 faiz ucuzlaşıb. Yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG