Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

-

Fevralın 14-də ABŞ Senatoru John McCain Suriyada atəşkəs üzrə beynəlxalq sazişi pisləyib, bunu Rusiyanın “hərbi təcavüzünə xidmət edən diplomatiya” adlandırıb.

McCain Münhendə təhlükəsizlik konfransının sonuncu günü danışıb. Fevralın 12-də ABŞ Dövlət katibi John Kerry digər dövlətlərin diplomatları ilə Suriyada atəşkəs üzrə razılaşma əldə edib.

“Çox istərdim ki, bu sazişə irəliləyiş kimi baxan dostlarımın baxışlarını bölüşüm, ancaq belə düşünmürəm”, Barack Obama Administrasiyasının tənqidçisi olan McCain deyib.

Saziş bir həftəyə Suriyada atəşkəsə başlanmasını nəzərdə tutur. ABŞ və Rusiya Prezidentləri fevralın 14-də bir daha bu razılaşmanı müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG