Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

Fransa Türkiyəni Suriyadakı kürd qruplarının bombalanmasını dayandırmağa çağırıb.

Fransa xarici işlər nazirliyinin fevralın 14-də yaydığı bəyanatda deyilir ki, bu günlərdə Münhendə əldə olunan barışığa əsasən Suriyada hərbi əməliyyatlar dayandırılmalıdır.

Türkiyə ordusu ikinci gündür ki, Suriyanın şimalındakı kürb birləşmələrinin mövqelərini bombalayır.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi iki kürd döyüşçüsünün öldüyünü xəbər verir.

Türkiyənin baş naziri Ahmet Davutoglu şənbə günü bildirib ki, Türkiyəyə birbaşa təhlükə olan qüvvələr vurulur.

Qeyd edək ki, Ankara Suriya kürdlərinin “Demokratik Birlik Partiyası” nın uzun illərdir ki, Türkiyədə müstəqillik uğrunda silahlı mübarizə aparan PKK ilə əlbir olduğunu deyir.

Səudiyyə Ərəbistanı isə bu arada “İslam Dövləti” qrupu ilə mübarizə üçün Türkiyənin “İncirlik” bazasına hərbi təyyarələr göndərəcəyini bəyan edib.

Bunu general Ahmed al Assiri fevralın 13-də “Əl Ərəbiyə” televiziyasına müsahibəsində deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG