Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:05

Gəncə Hərbi Məhkəməsində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başa çatıb.

“Qafqazinfo” nun məlumatına görə, prosesdə Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri Seymur Ağayev, Ələsgər Musayev və Rövşən Məmmədlinin hər birinə 8 il yarım həbs cəzası kəsilib.

Onlar qrup şəklində külli miqdarda rüşvət almaqda təqsirli biliniblər.

Seymur Ağayev və Ələsgər Musayev birlikdə 1800, Rövşən Məmmədli isə 40 min manat rüşvət almaqda ittiham olunurdular. Onların yoxlama apardıqları hərbi hissələrdə aşkarladıqları çatışmazlıqları ört-basdır etmək üçün rüşvət aldıqları bildirilir. Həminhərbi hissələr Gəncə korpusuna daxildir.

Dövlət ittihamçısı onların 3-də eyni müddətə həbs cəzası istəmişdi.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb. Toplanmış materiallar tədbir görülməsi üçün baş prokuorluğa göndərilib.

Həmin materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinə başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG