Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Rusiya və ABŞ prezidentləri telefonla danışıblar.

Kremlin mətbuat xidməti xəbər verir ki, təşəbbüs Amerika tərəfindən gəlib.

Barack Obama və Vladimir Putin Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Prezidentlər fevralın 11-12-də Münhendə Suriyaya ilə bağlı Beynəlxalq əlaqə qurpunun görüşündəki nəticələri müsbət qiymətləndiriblər.

Kremlin açıqlamasına görə, Putin bir daha deyib ki, terrorla mübarizədə ikili standartlardan imtina etmək lazımdır.

Ukraynaya gəldikdə isə Putin Kiyevin Minsk razılaşması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümidlə yanaşdığını deyib.

Ukrayna prezidenti Petro Poroshenko isə Münhen konfransnda Putini Ukraynaya qarşı təcavüzkarlıqda ittiham edib, Moskvanı Minsk razılaşması ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG