Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:13

Polşa Ədliyyə Nazirliyi “Polşa ölüm düşərgəsi” termininin işlədilməsini qadağan edən qanun layihəsi hazırlayıb.

Alman nasistlərinin ikinci dünya müharibəsi zamanı Polşanın ərazisində saldığı ölüm düşərgələri hələ də “Polşa ölüm düşərgəsi” kimi adlanır.

Ədliyyə naziri Jobro Zbiqnev deyib ki, ölkə vətəndaşlarını təhqir edən bu ifadənin işlədilməsinə son qoymaq lazımdır.

Polşa hakimiyyəti son illər bu cür səhv terminlərin işlədilməsinin qarşısını almağa çalışırdı.

“Səhvlərin üzərində işləyən” təşəbbüskarlar hesab edirlər ki, belə terminlər minlərlə insanın öldüyü ölüm düşərgələrinə görə Polşanı cavabdeh kimi göstərə bilərlər.

Ədliyyə naziri ölkə radiosuna müsahibəsində deyib ki, hadisəni yanlış təsəvvür edə bilən terminlərdən qaçmaq lazımdır.

Onun sözlərinə görə, gələn həftə İkinci Dünya Müharibəsi zamanı Polşa ərazisindəki ölüm düşərgələrinin təqdimatında təhrifə görə cəza nəzərdə tutulan qanun layihəsi açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG