Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

“ABŞ hərçiləri Talibanla döyüşdə fəal olmayacaq”.

Bunu Əfqanıstandakı ABŞ qüvvələrinin getməkdə olan komandiri General John Campbell bildirib.

O qeyd edib ki, ötən ilin çətinliyinə baxmayaraq, missiyada dəyişiklik edilməyəcək.

Qeyd edək ki, Əfqanıstandakı ABŞ qüvvələri əsasən Helmand vilayətində yerli qüvvələrə təlim keçməklə məğşuldur.

Campbell Kabulda jurnalistlərə deyib, güman ki, bu onun son mətbuat konfransıdır və martda səlahiyyətlərini leytenant-general John Nicholson-a təhvil verəcək.

General deyib ki, artıq yerli qüvvələr özlərini müdafiə edə bilir, amma ehtiyac olarsa, onlara havadan dəstək göstərilə bilər.

NATO-nun Əfqanıstandakı hərbi missiyası 2014-cü ildə Əfqanıstanda fəaliyyətini başa çatdırandan sonra ölkənin təhlükəsizliyinə nəzarət yerli qüvvələrə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG