Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:46

Rusiyalıların çoxu hesab edir ki, ölkə iqtisadi böhrandadır.

Müstəqil “Levada Mərkəzi” nin keçirdiyi sorğunun nəticələrində belə deyilir.

Sənədə görə, rusiyalıların 21 faizi böhranın uzun illər, 23 faiz isə iki il sürəcəyini düşünür.

Respondentlərin 47 faizi iqtisadi böhranın neftin qiymətinin düşməsi, 33 faizi korrupsiya, 27 faizi Qərbin sanksiyaları, 26 faiz isə həddindən artıq müdafiə xərcləri və bürokratiya ilə bağlı olduğunu deyirlər.

Rəyi soruşulanların yarıdan çoxu deyib ki, böhran onları ərzaq və digər zəruri xərclərdə qənaət etməyə mcbur edib.

Ötən il rəyi soruşulanların 37 faizi bunu deyirdisə, indi bu rəqəm 58 faiz olub.

Respondentlərin 40 faizi deyir ki, ailənin ümumi xərclərinin yarıdan çoxu ərzağa gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG