Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:10

“Ermənistanı nəinki biz, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib.”

APA-nın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib:

“Biz erməni xalqını yox, Ermənistan hökumətini Xocalıda kütləvi qırğın törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni yaraqlıları tərəfindən qətlə yetirilib. Bu qırğın dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Ermənistan bir milyondan çox insanı qaçqın və məcburi köçkün edib. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 min nəfər Dağlıq Qarabağ, 750 min nəfərsə Azərbaycanın digər işğal olunmuş ərazilərindən köçkün düşüb. 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalıb.. Bütün bunlar işğalın, sizin qonşu ölkələyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”.

Günün bütün mövzuları

XS
SM
MD
LG