Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Türkiyə Suriya kürdlərini atəşə tutub


Türkiyə-Suriya sərhədində kürd döyüşçü

Türkiyə-Suriya sərhədində kürd döyüşçü

Türkiyə hərbi qüvvələri fevralın 13-də Suriyada kürdlərin islamçı yaraqlılardan aldığı ərazilərə hava zərbələri endirib.

Türkiyə hərbi qüvvələri fevralın 13-də Suriyada kürdlərin islamçı yaraqlılardan aldığı ərazilərə hava zərbələri endirib.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, Türkiyə Hələb regionunda hərbi əməliyyat keçirib.

Reuters and Frans Press kürd mənbələrinin də eyni məlumatın verildiyini bildirir.

Rəsmi Ankara hava hücumu ilə bağlı xəbərləri təsdiqləməyib.

Türkiyənin Xarici İşlər Nazirliyi deyib ki, hərbi əməliyyatla bağlı onlarda məlumat yoxdur.

Türkiyə hesab edir ki, Suriya Kürd Demokratik Birlik Partiyası (PYD) və Xalq Qoruma Birliyi (YPG) PKK-nın bir qoludur.

Türkiyə qüvvələri əvvəllər YPG-nın nəzarət etdiyi ərazilərə zərbə endirib.

Reuters adının açıqlanmasını istəməyən Türkiyə rəsmisinə istinadən xəbər verir ki, hərbçilər Azez şəhəri yaxınlığında kürd yaraqlılarını hədəfə alıb.

Hava zərbələri ilə bağlı xəbər yayıldığı gün Türkiyənin baş naziri Əhməd Davutoğlu bildirib ki, Ankara lazım olarsa, PYD-yə qarşı hərbi əməliiyata başlaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG