Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:38

R.Cəfərovun kassasiya şikayətinə baxılacaq


Rəsul Cəfərov
Rəsul Cəfərov

-
Fevralın 16-da Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun kassasiya şikayətinə baxılacaq.

Rəsul Cəfərovun məhkəmədə iştirakı barədə ərizəsi təmin edilib və bunun üçün o, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Rəsul Cəfərov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib.

Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

XS
SM
MD
LG