Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

Danışıqlar başlamamış bitdi


Pavlo Klimkin
Pavlo Klimkin

-

Münhendə Donbasa dair Minsk sülh razılaşmasının icrası ilə əlaqədar «Normand formatı»nda danışıqlar nəticəsiz qalıb.

Bunu Ukrayna agentliyi yazır.

«Konkret nəticə yoxdur. Bu görüş «Normand formatı»nda növbəti toplantıya hazırlıq olub».

Bunu agentlik Ukraynanın xarici işlər naziri Pavlo Klimkin-ə istinadən yayıb. Nazirin sözlərinə görə, ilkin razılaşma martda, Parisdə keçiriləcək görüşdə nəzərdə tutulur.

Klimkin əlavə edib ki, Rusiya xarici işlər naziri Sergei Lavrov Krım tatarlarının həbsi və axtarılması, o cümlədən Donbasda Rusiya hərbçilərinin mövcudluğu ilə bağlı məsələlərə reaksiya verməyib.

Fevralın 13-də Bavariyada Rusiya, Ukrayna və Almaniyanın xarici işlər nazirləri görüşüblər.

XS
SM
MD
LG