Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:10

-

Fevralın 14-də Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın hərarəti Abşeronda gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Bakıda da gecə 4-6, gündüz 9-11 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında bazar günü hava şəraitinin əsasən yağmursuz keçəcəyi deyilir. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG