Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

-

Rusiyanın baş naziri Dmitry Medvedev Almaniya kansleri Angela Merkel-in miqrant siyasətini kəskin tənqid edib. Onun sözlərinə görə, onlar Avropa Birliyi kimi Rusiyaya da zərər vurur.

«Bu, tamamilə axmaqlıqdır ki, Avropanın qapısını hər kəsə açasan və ölkənə gəlmək istəyən hər kəsi dəvət edəsən», - Medvedev Almaniyanın «Handelsblatt» qəzetinə deyib.

Baş nazir deyir ki, bu siyasət tamamilə fiaskoya uğrayıb və Şengen zonasının dağılmasına gətirib çıxara bilər: «Onlar bir neçə il əvvəldən bunu görmürdülər?»

O əlavə edib ki, Yaxın Şərqdən minlərlə miqrantın gəlməsi terrorizmi artıracaq.

Medvedev-in sözlərinə görə, «onların arasında çoxlu, bəlkə yüzlərlə, minlərlə başkəsən var» və Avropaya missiyalarını yerinə yetirməyə gəlirlər.

Medvedev bu tənqidlərini fevralın 12-də Münhen Təhlükəsizlik Konfransında Finlandiya prezidenti Sauli Niinisto ilə görüşdən sonra söyləyib. Görüşdə qaçqınların Rusiya sərhədlərini keçməklə Avropaya gəlməsi müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG