Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:14

-

Vyanada «Avropa təhlükəsizlik siyasəti, Neytral və bloklara qoşulmayan dövlətlər üçün yeni çağırışlar və imkanlar» mövzusunda konfrans keçirilib. Konfransı Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutu, Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupu təşkil edib. Konfransın işindən «Report» xəbər verir.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Avstriya Respublikası Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin təhlükəsizlik siyasəti idarəsinin rəhbəri Gerhard Jandl əsas məruzəçi qismində çıxış ediblər.

Araz Əzimov Cənubi Qafqaz regionunda təhlükəsizlik çağırışları, davam edən qlobal maliyyə-iqtisadi böhran kontekstində Azərbaycanda görülən işlərdən danışıb. Ölkədə iqtisadiyyatın şaxələndirildiyini, qeyri-neft sektorunun inkişaf etdirildiyini və islahatların aparıldığını deyib.

ATƏT məkanında mövcud olan münaqişələrə toxunan nazir müavini qeyd edib ki, Dağlıq Qarabağ problemi bütünlükdə Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir. O, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmət çərçivəsində mümkün olduğunu vurğulayıb. Nazir müavini deyib ki, Ermənistanı işğalçı siyasətindən döndərmək, onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməsini təmin etmək üçün bu ölkə üzərində beynəlxalq təzyiqin göstərilməsi lazımdır..

Araz Əzimov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edib. ATƏT-in Minsk Qrupunun tam formatda fəaliyyətinin artırılmasının, bu qurumun bütün üzvlərinin münaqişənin həllində fəal rol oynamasının vacibliyi vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG