Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:41

Avropa Birliyinin fevralın 15-dən Belarusa qarşı sanksiyaları ləğv edəcəyi gözlənilir.

Buna səbəb kimi insan haqları sahəsində vəziyyətin yaxşılaşması göstərilir.

Bu barədə fevralın 12-də DPA və France-Press agentlikləri Avropa Birliyindəki mənbələrə istinadla məlumat yayıb.

Söhbət prezident Aleksander Lukashenko da daxil olmaqla 170 nəfərə qarşı viza və maliyyə qadağalarından gedir.

Avropa Birliyi ötən ilin oktyabrında Belarusa qarşı sanksiyaları fevralın 29-dək qaldırmışdı.

Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bazar ertəsindən bu sanksiyaları birdəfəlik ləğv edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG