Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

-

“Azərişıq” bildirir ki, Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var. Heç bir qənaətə ehtiyac yoxdur”.

APA-nın xəbərinə görə, Bakının küçə və parklarında işıqlandırılmanın qənaət rejimində olması ilə bağlı yayılan məlumatları şərh edən “Azərişıq” ASC-nin açıqlamasında belə deyilir.

“Azərişıq” ifadə edib ki, küçə, park və digər obyektləriun işıqlandırılmasına Şəhər İcra Hakimiyyətləri məsuldur. İşıqlandırmada kəsinti varsa, suallarını Bakı Şəhər İcra Hakimiyyəti cavablandırmalıdır.

Bir neçə gün öncə Bakı Şəhər İşıq İdarəsinin Səbail rayon şöbəsinin rəhbəri paytaxtın bütün ərazilərində qənaət məqsədilə axşam saat 22:00-dan sonra işıqların söndürüləcəyini açıqlamışdı.

XS
SM
MD
LG