Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05

-

AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı barəsindəki cinayət işilə bağlı bir sıra sənədləri imzalamaqdan imtina edib.

Bu barədə AzadlıqRadiosuna Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında onun iştirakı ilə müvəkkilinə müəyyən sənədlər təqdim edib. Müstəntiq Fuad Qəhrəmanlıdan həmin sənədləri imzalamasını istəyib. Müdafiəçinin sözlərinə görə, həmin sənədlər arasında ekspertiza rəyləri də olub. Lakin Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina edib.

"Fuad Qəhrəmanlı bildirdi ki, verilən ittihamı qəbul etmir, onu saxta, uydurma hesab edir. Dedi ki, "bunların mənə aidiyyəti olmadığına görə imzalamaqdan imtina edirəm". Heç birini imzalamadı", - deyə Fəxrəddin Mehdiyev bildirib.

Xatırladaq ki, Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG