Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Mərkəzi küçələr təmirə bağlanır


-

Bakının bir neçə mərkəzi küçəsi Formula-1 yarışlarına hazırlıq səbəbindən təmirə bağlanır.

Bu haqda Formula-1 Avropa Qran-Prisinin promouteri Bakı Şəhər Halqası şirkəti məlumat verir. Şirkət bildirir ki, fevralın 13-dən Neftçilər prospektinin Azneft dairəsinin “Four Seasons” hoteli tərəfdə olan hissəsi təmirə dayanacaq. Bu səsəbdən Niyazi küçəsinin dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Bundan əlavə, İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissə də hərəkətə qapadılacaq.

Qeyd olunan yollarda hərəkətin fevralın 15-də bərpa edilməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG