Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:38

-

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD birləşməsinə qoşulmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb.

Bu haqda DTX-nın yaydığı açıqlamada məlumat verilir.

Saxlananların Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin olduğu bildirilir. Açıqlamada qeyd edilir ki, saxlanan bu şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraq ərazisinə keçiblər. Saxlanılanların həmin ölkələrdə qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların tərkibində radikal dini, hərbi təlimlər keçdiyi deyilir. Üstəlik onların müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələndiyi, Suriyada, İraqda terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyi qeyd olunur.

Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Ancaq həbs edilənlərin istər vəkilləri, istərsə də ailə üzvilərinin bu iddiyalara münasibəti hələ ki, ictimaiyyətə bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG