Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:10

-

Dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilən İbrahim Musayev Moskvada saxlanıb. İbrahim Musayev həbsindən əvvəl keçmiş MTN-in Naxçıvan şöbəsində çalışdığını bildirirdi.

Onun həbsi barədə məlumatı Rusiya mətbuatı bu ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Azərbaycan Daxili İşlər Nazirliyi də APA-ya onun Rusiyada tutulması faktını təsdiqləyib

Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev bir neçə il əvvəl dələduzluqda təqsirli bilinərək barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

İ. Musayev İran lehinə casusluqda ittiham olunan və sonradan Naxçıvan MTN həbsxanasında vəfat edən Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirməkdən imtina etdiyini bəyan etmişdi.

Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını, onun dələduz və fərarı olduğunu iddia etmişdi. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gedərək, bu ölkədə qaçqın statusunu almaq istəsə də müraciəti rədd edilmişdi.

Rusiyanın Yaroslavl vilayət məhkəməsi 2013-cü ilin sentyabrında İbrahim Musayev barədə qərar çıxarıb. Məhkəmə onun Azərbaycana ekstradisiyasına qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG