Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:16

Yükdaşımada ciddi bahalaşma


Yükdaşıma
Yükdaşıma

-

Azərbaycanda yanvar ayında yükdaşıma qiymətləri artıb.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, boru kəməri nəqliyyatı ilə neftin nəqli qiyməti 7.5, qazın isə 33 faiz artıb.

Beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətlərində də ciddi artım müşahidə olunur. Hava nəqliyyatı ilə daşımalar 31.7, dəmiryolunda 28.6, dəniz nəqliyyatında isə 28.5 faiz artıb.

DSK-nın məlumatına görə, avtomobil nəqliyyatı vasitəsilə daşımaların qiyməti 1.4 faiz enib.

Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18.9 faiz artıb.

XS
SM
MD
LG