Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:36

Bayıl yenə sürüşür


Bayıl
Bayıl

-

Bayıl və Badamdarda sürüşmə ocaqları yenidən fəallaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından Rafiq Həsənov APA-ya belə deyib.

R.Həsənovun bildirdiyinə görə, Bayıl sürüşmə sahəsinin sol və sağ cinahlarında nisbi aktivləşmə müşahidə olunur. Bayıl sürüşmə sahəsində yerləşən istinad divarları və quraşdırılmış mayaklarda 2-3 mm ölçüsündə çatlar əmələ gəlib.

R.Həsənov qeyd edib ki, Badamdar – «20-ci sahə» yolunun sağ tərəfindəki yamacın bir neçə yerində çökmə müşahidə olunur. Ərazidə təxminən 50-60 metr uzunluğunda, 7-8 sm qalınlığında çökmə qeydə alınıb.

Rəsmi bilgilərə görə, Bayıl və ətrafında sürüşmə prosesləri XIX əsrin ortalarından başlayıb. İndiyədək azı 14 dəfə sürüşmə baş verib. Həmin ərazidə irimiqyaslı sürüşmə 2000-ci ildə baş verib.

XS
SM
MD
LG