Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:19

Ana imkansızlıqdan övladını küçəyə atıb


Atılmış uşaq
Atılmış uşaq

-

Bakıda imkansız ana «küçəyə buraxdım ki, hansısa imkanlı ona sahib çıxsın» deyə, azyaşlı uşağından imtina edib.

Bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi Orxan Mənsurzadə APA-ya danışıb. O bildirib ki, hadisə fevralın 11-də Xətai rayonunda baş verib.

DİN sözçüsünün bildirdiyini görə, azyaşlının Yusif Məmmədov olduğu müəyyən edilib. Xətai polisinə dəvət olunan anası uşağı bilərəkdən küçəyə buraxdığını deyib. Ana maddi imkanın olmadığından uşağa baxa bilmədiyini, onu imkanlılar sahib çıxsın deyə, küçəyə buraxdığını qeyd edib.

Polis idarəsində profilaktik söhbətdən sonra ana uşağı özü ilə aparıb. DİN sözçüsünün dediyinə görə, sosial şəbəkələrdə məlumat yayılandan sonra bir neçə nəfər uşağa sahib çıxmaq üçün polisə ərizə ilə müraciət edib.

Fevralın 11-də sosial şəbəkələrdə Xətai rayonunda küçədən sahibsiz uşağın tapılması haqda məlumatlar yayılmışdı.

XS
SM
MD
LG