Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:08

İran kartofunda güvə tapılıb-Nazirlik


Kartof
Kartof

-

İrandan Azərbaycana gətirilən 24 tonluq kartofda güvə aşkar edildiyindən zərərsizləşdirilib.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İrandan gətirilən kartofun istifadə üçün təhlükəli olması Karantin Ekspertiza Mərkəzində aparılan yoxlamada məlum olub.

Kartof güvəsi kartof da daxil olmaqla, quşüzümü fəsiləsinə aid bir çox bitkilər üçün (pomidor, bibər, badımcan, tütün və s.) təhlükəli zərərvericidir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında İrandan Azərbaycana 16 825.1 ton kartof gətirilib. Məhsula gömrükdə $1 243 570 və ya kiloqramına 7.4 sent qiymət qoyulub. Hazırda Bakıda 1 kq kartof orta hesabla 80-90 qəpiyə, və ya 55 sentə satılır.

XS
SM
MD
LG