Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

-

Mədəniyyət və Turizm Nazirliyi İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı bildiriş yayıb.

Bildirişdə deyilir: «Mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir».

Film nazirlikdə və dövlət reyestrində qeydiyyata düşməlidir

Daha sonra bildirilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən, Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikası ərazisində yayılıb, kütləvi nümayiş etdirilən filmlərə iki min manat cərimə kəsiləcək.

Prezidentin ayrıca fərmanına görə, bu məsələyə nəzarət Mədəniyyət və Turizm Nazirliyinə həvalə edildiyindən, kino və videofilmlərin nazirlikdə qeydə alınması və Filmlərin Dövlət Reyestrində qeydiyyata düşməsi tövsiyə olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG