Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:13

Rusiya İraq bazarını gözaltılayır


IIbrahim al-Jaafari (sağda) və Dmitry Rogozin

IIbrahim al-Jaafari (sağda) və Dmitry Rogozin

-

Rusiya Baş nazirinin müavini Dmitry Rogozin Bağdadda səfərdədir. O, müharibə gedən bu ölkəyə hərbi kömək və ticari əlaqələri gücləndirməyi təklif edib.

Rogozin 100 nəfərlik nümayəndə heyətinə başçılıq edib. İllərdir Rusiyadan İraqa belə bir heyət getməyib.

İraqın Xarici işlər naziri Ibrahim al-Jaafari fevralın 11-də deyib ki, 2014-cü ildə İraqın üçdə bir hissəsini tutmuş İslam Dövləti (İŞİD) yaraqlılarını dəf etməkdən ötrü hərbi kömək ətrafında müzakirə aparıblar

Rusiya İraqın enerji sektoruna milyonlarla dollar yatırıb, ötən il Bağdadda komandanlıq mərkəzi açıb. İŞİD-ə qarşı mübarizədə kəşfiyyat məlumatlarını İraq, İran və Suriya ilə paylaşır.

Rusiya və İraq rəsmiləri ikitərəfli ticarətin iki dəfədən çox artırılması, İraqın elektrik istehsalının gücləndirilməsi tədbirləri üzrə sənədlər imzalayıblar.

Ötən il iki ölkə 2 milyard dollar həcmində ticarət edib. Rogozin deyib ki, Rusiya İraq mülki aviasiyasına Sukhoi təyyarələri verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG