Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42

-

Fevralın 13-də Bakı və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozlarında belə deyilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı və cənub küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu Abşeronda gecə 3-5, gündüz 8-11 olacaq. Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti gözlənilir.

Fevralın 13-də ölkənin rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə çiskin olacağı gözlənilir.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG