Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:52

Ötən il 22 uşağa sümük iliyi köçürülüb


Oqtay Şirəliyev 
Oqtay Şirəliyev 

-

10 ildə 600 tibb müəssisəsi tikilib və ya təmir olunub.

Bu məlumatı səhiyyə naziri Oqtay Şirəliyev bu günlər Qazax rayon sakinləri ilə görüşündə deyib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə sahəsində görülən işlər haqqında danışarkən nazir 10 ildə ölkədə 600 səhiyyə müəssisəsinin tikildiyini və ya əsaslı təmir olunduğunu söyləyib. Nazirin deməsinə görə, ötən il 26 yeni tikilən və əsaslı təmir olunan tibb ocağı istifadəyə verilib.

O.Şirəliyev deyib ki, Gəncə şəhər A.Səhhət adına xəstəxananın bu yaxınlarda açılışı olacaq.

Nazir həmçinin deyib ki, 200 mindən çox şəkərli diabet xəstəsi bütün dərmanlarla təmin olunur. 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə ardıcıl müalicə alır. Bu da nazirin fikrincə, bu sahədə ölüm hallarının sayının azalmasına səbəb olub. Oqtay Şirəliyev deyib ki, 70-ə yaxın şəxsə böyrək köçürülüb.

Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatının icra olunduğunu deyən nazir artıq sümük iliyi transplantasiyasına da başlandığını bildirib. O.Şirəliyevin verdiyi məlumata görə, ötən il 22 uşağa sümük iliyi köçürülüb:
«Belə əməliyyatları həyata keçirən kadrlar Türkiyə, Almaniya və başqa inkişaf etmiş ölkələrdə tibbi hazırlıq keçib, bilik və bacarıqlarını artırırlar».

XS
SM
MD
LG